Yuxarı

Fransada Notr Dam kilsəsinin yanğını haqqında serial çəkiləcək

​Fransada Notr Dam kilsəsinin yanğını haqqında serial çəkiləcək

Fransanın "Vendome" şirkəti Notr Dam kilsəsində baş vermiş yanğına həsr edilmiş teleserialın çəkilişi haqqında planlarını açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AFP bildirib.

Filmin ssenarinin əsasını "The New York Times" nəşrinin silsilə yazıları təşkil edir. Paris kilsəsində baş verən hadisələrin jurnalist araşdırması "The New York Times"a məxsusdur. "Vendome" şirkəti bu materiallar əsasında filmin yaradılmasına dair hüquqları qəzetdən alıb.

Filmin 4-6 hissədən ibarət olacağı gözlənilir. "Vendome"in rəhbəri Filip Ruselle bildirib ki, ekran əsərinin faktlara maksimum yaxın olması planlaşdırılır.

Qeyd edək ki, Notr Dam kilsəsində yanğın aprelin 15-də gecə saatlarında baş verib. Kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya yaxın ianə yığılıb. Vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi