Fransada kəskin istilərə görə 4000 məktəb bağlanıb

Fransada kəskin istilərə görə 4000 məktəb bağlanıb Bu gün Fransada kəskin istilərə görə 4000 məktəb bağlanıb.
Maraqlı
28 İyun , 2019 19:47
Fransada kəskin istilərə görə 4000 məktəb bağlanıb

Bu gün Fransada kəskin istilərə görə 4000 məktəb bağlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduard Filip məlumat verib. 

O, məktəblərdə dərs ilinin sonu münasibətilə keçiriləcək bayram şənliklərinin təxirə salındığını, yollarda avtomobillərin hərəkət sürətinin azaldığını, "yaşıl nömrə" qaynar xəttinin istifadəyə verildiyini və digər tədbirlər görüldüyünü bildirib.

Qeyd edək ki, bu gün Fransa tarixində ilk dəfə 45 dərəcə isti qeydə alınıb. Bundan əvvəl Fransa tarixində 2003-cü il avqustun 12-də 44,1 dərəcə isti qeydə alınıb. Həmin ilin yayında 15 min insan isti hava şəraitindən dolayı ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi