​Fransa polisi 8 yaşlı uşağı terrorizmlə bağlı dindirməyə çağırıb

​Fransa polisi 8 yaşlı uşağı terrorizmlə bağlı dindirməyə çağırıb Uşaq həlak olanların xatirəsinə bir dəqiqəlik sükutda iştirakdan imtina edib
Maraqlı
29 Yanvar , 2015 07:56
​Fransa polisi 8 yaşlı uşağı terrorizmlə bağlı dindirməyə çağırıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Fransanın Nitsa şəhər polisi məktəbdə 7 yanvar tarixində "Charlie Hebdo" jurnalının əməkdaşlarını güllələyən terrorçuları dəstəklədiyini bildirən 8 yaşlı uşağı dindirib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, uşaq həlak olanların xatirəsinə bir dəqiqəlik sükutda iştirakdan imtina edib və "terrorçularla həmrəy" olduğunu bildirib.

Məktəb rəhbərliyi bu barədə polisə xəbər verib.

"Biz 8 yaşlı uşaqda belə radikal ideyaların haradan yarandığını anlamaq üçün onu və atasını dindirilməyə dəvət etdik", - deyə şəhər polisinin nümayəndəsi bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, dindirmə zamanı "terrorçuluq nədir" sualına uşaq "bilmirəm" deyə cavab verib.

"Uşaq nə dediyini əməli olaraq başa düşmür", - deyə polis qeyd edib.

Son xəbərlər

Orphus sistemi