Yuxarı

​Fransa Parlamenti iclasa gəlməyən senatorlar cərimələnəcək

Bu deputatlar üçün ayda 4,4 min avroya başa gələ bilər

Bakı. 11 mart. REPORT.AZ/ Fransa Senatı iclaslara qatılmayan senatorları cərimələməyə başlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, parlament intizamının möhkəmləndirilməsi üzrə yeni tədbirlər barədə çərşənbə günü Yuxarı Palatanın sədri Jerar Larşe Senat bürosunun qəbul etdiyi qərarın nəticələrinə əsasən məlumat verib.

"Senatorların palataların iclaslarında iştirak etməməsi halları təkrarlanacağı təqdirdə yeni maliyyə qadağası rejimi tətbiq olunacaq", - deyə Larşe bildirib.

Bu qayda cari ilin oktyabr ayının 1-dən qüvvəyə minəcək. Larşenin məlumatına görə, yeni tədbirlər Fransa Parlamentinin Yuxarı Palatasında təmsil olunan bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən dəstək alıb.

"İndi iclaslara qatılmayan sentorların həm əmək haqqı, həm də təmsilçilik vəsaiti üzrə dotasiyaları aşağı salınacaq. Nəticədə onlar üçün ziyan ayda 4,4 min avro və ya rübdə 13,2 min avro təşkil edə bilər", - deyə Larşe qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi