Yuxarı

Fransa elmi təcrübə məqsədilə kosmosa çaxır göndərib

​Fransa elmi təcrübə məqsədilə kosmosa çaxır göndərib

Fransa istehsalı olan 12 ədəd çaxır elmi təcrübə məqsədilə kosmosa göndərilib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransanın Üzüm və Şərab Elmləri İnstitutu məlumat yayıb.

Məqsəd çaxırların kosmosa məxsus xüsusi mühitdə hansı dəyişikliyə məruz qalmasını öyrənməkdir. Çaxırlar fəza mühitində bir il saxlanıldıqdan sonra Yerdə qalan eyni növdən olan içkilərlə müqayisə olunacaq. Fəzadakı mikro-cazibə və mikro-dalğalı şüalanma nəticəsində içkilərin dadının dəyişəcəyi və daha ləzzətli olacağı güman edilir. Yerə döndükdən sonra çaxırlar varlı şəxslərə baha qiymətə satılacaq.

Belə elmi təcrübələr bir sıra yeyinti məhsulları, xüsusilə kənd təssərrüfatı məhsulları üzrərində də aparılacaq. Bir sıra fransız məhsulları fəza mühitinə və həmçinin iqlim dəyişikliyinə nə dərəcədə dözümlü olmalarını öyrənmək məqsədilə kosmosa göndəriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi