Floridada kanalizasiya xəttində qalan timsahı xilas ediblər

Floridada kanalizasiya xəttində qalan timsahı xilas ediblər Timsah kanalizasiyadan çölə çıxmağa cəhd etsə də buna nail ola bilməyib
Maraqlı
22 Mart , 2017 12:28
Floridada kanalizasiya xəttində qalan timsahı xilas ediblər

Bakı. 22 mart. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Oldsmar şəhərində kanalizasiya lükunda ilişib qalan alliqatoru xilas ediblər. 

"Report" "Fox News"a istinadən xəbər verir ki, timsah kanalizasiyadan çölə çıxmağa cəhd etsə də buna nail ola bilməyib. 

Hadisə yerinə çağrılan xilasedicilər sürünəni lükdan azad ediblər. Yerli sakin Con Ruel tərəfindən çəkilən videodan görünür ki, ovçu alliqatoru lükdan çıxarmaq üçün kifayət qədər səy göstərib.

Alliqatorun zərər çəkmədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi