Yuxarı
    Bağlamaq

    Florida sakini lotereyada 451 milyon dollar udub

    Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sakini “Mega Millions” lotereyasında 451 mln dollar məbləğində cek-potun sahibi olub. 

    “Report” TASS-a istinadən xəbər verir ki, lotereyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Missler olub.
    Qalib uduşunu dərhal götürmək istədiyi üçün, qaydalara görə, ona məbləğin ancaq bir hissəsi - 282,8 mln dollar düşür. Həmin qaydalara əsasən, cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.
    Ş. Millerin sözlərinə görə, o, uduşunu özündən savayı, “bəşəriyyətə müəyyən fayda gətirmək" və ailəsi üçün xərcləyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi