Yuxarı
    Bağlamaq

    ​Finlandiyanın XİN başçısı cərimələnib

    Prokurorluğun məlumatına görə, Tuomioya cərimə yazılarkən, etiraz etməyib, müqavimət göstərməyib

    Bakı.14 fevral. REPORT.AZ/ Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya 9 günlük əmək haqqı məbləğində cərimə edilib.

    "Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, o, sürət həddini aşdığı və avtomobili texniki baxışdan keçirmədiyi üçün cəzalandırılıb.

    Nazir 2014-cü ilin sentyabrında Helsinkidə 40 km/saat sürət həddi olan yolda avtomobili 49 km/saatla sürüb. Ötən il mayın sonunda isə onun maşını texniki baxışdan keçməli imiş. Nazir bildirib ki, maşını texniki baxışdan keçirmək üçün texniki xidmət stansiyasına aparıb: "Orada rəsmi texniki baxışdan keçirilib-keçirilməməsini yoxlamamışam. Əlbəttə, bu mənim günahımdır".

    Prokurorluğun məlumatına görə, Tuomioya cərimə yazılarkən, etiraz etməyib, müqavimət göstərməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi