Yuxarı

Finlandiyada turistlər üçün maraqlı layihəyə start verilib - FOTO

Finlandiyada yerli sakinlər turistlərlə 3 gün bir yerdə yaşayacaq

Bakı. 3 mart. REPORT.AZ/ Finlandiyada turistlər üçün 3 günlük maraqlı layihəyə start verilib.

"Report" "The Sun"a istinadən xəbər verir ki, yerli sakinlər turistləri öz ölkələrinə dəvət edərək bir neçə gün ərzində onlarla birlikdə balıq tutmağı, meşədə giləmeyvə yığmağı və fin saunasında dincəlməyi təklif edirlər.

Finlandiya sakinlərinin elan etdikləri turist müsabiqəsində istənilən şəxslər – fərdlər, cütlüklər iştirak edə bilərlər. Müsabiqədə iştirak edəcək turistlər yerli sakinlərlə üç gün bir yerdə qalacaqlar.

Layihəyə səkkiz fin ailəsi cəlb edilib. Onlar artıq qonaqları gözləyirlər.

Sifarişlərə martın 18-dən aprelin 14-ə kimi saytda baxılacaq. Turistlər üçün səfərlər iyundan avqusta kimi davam edəcək.

Qeyd edək ki, Finlandiya özünün yaşıl təbiəti ilə seçilir. Ölkə ərazisinin 81 faizini meşələr və digər yaşıllıq sahələri təşkil edir. Yaşıllıq sahələrinin çoxu sonradan salınıb. Bu ölkə heyvanları ilə diqqəti cəlb edir. Finlandiya həm də göllər diyarıdır. Burada 6000-dən çox göl var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi