Yuxarı

Filippin təmsilçisi dünya gözəli seçilib

“Dünya Gözəli-2014” müsabiqəsinin qalibi bəlli olub

Bakı. 29 noyabr. REPORT.AZ/ “Dünya Gözəli-2014” müsabiqəsinin qalibi bəlli olub.

"Report"-un İTAR-TASS-a istinadən məlumatına görə, Filippininin Luson adasında keçirilən final mərhələsinin yekunlarına görə, bu ölkəni təmsil edən Cemi Harrel rəqiblərini qabaqlayaraq, dünyanın ən gözəl modeli ünvanını alıb.

Qeyd edək ki, Harrelin yaşı 20, boyu isə 170 santimetrdir.

İkinci yeri amerikalı Andrea Nyu tutub və ona “Hava gözəli” titulu verilib. Üçüncü olan venesuelalı Maria Aleksandra Rodriges isə “Su gözəli” təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi