Yuxarı

​Fidel Kastro ABŞ-a etibar etmədiyini bildirib

​Fidel Kastro ABŞ-a etibar etmədiyini bildirib
Kubanın keçmiş rəhbəri bununla belə Vaşinqtonla danışıqları alqışlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Kubanın keçmiş rəhbəri Fidel Kastro ABŞ-a etibar etməməsinə baxmayaraq, Vaşinqtonla danışıqları alqışladığını bildirib.

"Report" BBC-ə istinadən xəbər verir ki, 88 yaşlı Kastro Kubanın mərkəzi televiziyası vasitəsilə oxunan yazılı müraciətində qeyd edib ki, mövcud problemlərin həllinə yönəlmiş istənilən danışıqlar Havana tərəfindən beynəlxalq qanunlara müvafiq şəkildə qəbul edilir.

İki ölkə arasında münasibətlərin yoluna qoyulması istiqamətində ilk addım 2014-cü ilin dekabrında atılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi