"Falcon 9" raketi qəzadan sonra ilk uçuşunu həyata keçirəcək

"Falcon 9" raketi qəzadan sonra ilk uçuşunu həyata keçirəcək Şirkət 2017-ci il üçün bütün planlaşdırılan uçuşları həyata keçirəcək
Maraqlı
3 Yanvar , 2017 07:36
Falcon 9 raketi qəzadan sonra ilk uçuşunu həyata keçirəcək

Bakı. 3 yanvar. REPORT.AZ/ SpaceX şirkəti sentyabrda Falcon 9 raketinin partlaması səbəblərinin araşdırılmasını yekunlaşdırıb, ilk start yanvarın 8-də baş tutacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, SpaceX uçuşlara Vanderberq kosmodromundan Iridium NEXT peyki ilə başlayacaq.

Şirkət bildirib ki, 2017-ci il üçün bütün planlaşdırılan uçuşları həyata keçirəcək.

Qeyd edək ki, Falcon 9 raketi ötən il sentyabrın 1-də start meydançasında təlim zaman partlamışdı. Hadisə yanacaq dolduran zaman baş vermişdi.

Son xəbərlər

Orphus sistemi