Eynşteynin Allah və siyasət haqqında məktubları 210 min dollara satılıb

Eynşteynin Allah və siyasət haqqında məktubları 210 min dollara satılıb Hərrac evi məktubların 33-49 min dollar arasında satılacağına ümid edirmiş
Maraqlı
21 İyun , 2017 13:43
Eynşteynin Allah və siyasət haqqında məktubları 210 min dollara satılıb

Bakı. 21 iyun. REPORT.AZ/ Albert Eynşteynin Allah və siyasət haqqında fikirləri qeyd olunan məktubları İsraildə hərraca çıxarılıb və təxminən 210 min dollara satılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərracın təşkilatçıları olan Qüdsdəki “Winners” Hərrac evindən bildiriblər.

İnformasiyaya əsasən, alimin makina ilə 1950-ci ilin əvvəlində yazılmış 6 orijinal məktubu həmkarları Devid Bom və Maks Borna ünvanlanıbmış.

Hərrac evi məktubların 33-49 min dollar arasında satılacağına ümid edirmiş. A.Eynşteynin Boma yazdığı bir məktubu naməlum alıcı 84 dollara alıb. 

Son xəbərlər

Orphus sistemi