Yuxarı

​Estoniyada elektron siqaretlər qadağan olunur

Martın 23-də tütün haqqında yeni qanun qüvvəyə minəcək

Bakı. 22 mart. REPORT.AZ/ 23 mart tarixindən etibarən Estoniyada həddi-buluğa çatmamış şəxslərin elektron siqaret çəkmələrini də qadağan edən tütün haqqında yeni qanun qüvvəyə minəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxslərin tütün qəbul etmək üçün nəzərdə tutulan tənbəki çubuğu və qəlyan kimi məmulatlara yiyələnmələri də qanun ilə qadağan ediləcək.

Qanun, həmçinin onların siqaret çəkmək üçün nəzərdə tutulan yer və zonalarda olmalarını qadağan edir. Qadağalara tüstüsüz tütün məmulatlarına müraciət etmək də daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi