Elm adamları uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər

Elm adamları uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər Hər 10 min nəfərdən yalnız birinin 125 yaşına qədər yaşama şansı var
Maraqlı
11 Oktyabr , 2016 16:06
Elm adamları uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər

Bakı. 11 oktyabr. REPORT.AZ/ Elm adamları maksimum uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər.

“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransa, Yaponiya, İngiltərə və ABŞ-da 110 yaşdan yuxarı insanların ölümlərini araşdıran tədqiqatçılar son 20 ildə uzun ömürlülüyün azaldığını ortaya çıxarıblar.

Elm adamları hər 10 min nəfərdən yalnız birinin 125 yaşına qədər yaşama şansı olduğunu bildiriblər.

Onlar qeyd ediblər ki, insanın maksimum yaşama müddəti təqribən 115 ildir və bu müddəti keçmək mümkün deyil: “Bir insanın 125 yaşdan çox yaşaması çox kiçik ehtimaldır”.

Qeyd edək ki, dünyanın ən uzun ömürlü insanı fransalı Janna Calment olub. Belə ki, o, 1997-ci ildə 122 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi