Yuxarı
    Bağlamaq

    ​Əlillər kompüterlərinə gözləri ilə nəzarət edə biləcək

    Samsung əlillər üçün hazırladığı siçanı təqdim edib

    Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" əlillər üçün hazırladığı gözlə idarə edilə bilən siçanı təqdim edib. "Report"un "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, "EYECAN+" adlı siçan əlillərin kompüterlərini yalnız göz hərəkəti ilə istifadə etmələrinə imkan yaradacaq.

    Belə ki, ilk istifadədə istifadəçinin göz xüsusiyyətini yaddaşına qeyd eden cihaz sonrakı mərhələlərdə yalnız göz qeydiyyatından keçmiş şəxsin siçanı idarə etməsinə icazə verir.

    Məlumatı idarə etmək üçün istifadəçi gözlərini ekrandan 60-70 santimetr məsafədə saxlamalıdır, hər hansı faylı açmaq üçün isə gözlə idarə edilən siçanı istənilən fayl üzərinə gətirərək qısa bir müddət baxmaq kifayət edir.

    Oturaraq və uzanaraq idarə edilə bilən cihazın qiymətinin bazarda olan on minlərlə dollar dəyərindəki digər oxşar funksiyalı siçanlardan çox daha ucuzdur. 

    "Samsung" "EYECAN+" adlı cihazı yalnız 50 min vona (təxminən 45 dollar) satacağını açıqlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi