Yuxarı
    Bağlamaq

    ​Əfqanıstandan olan 110 yaşlı qaçqın Almaniyaya sığınıb

    Yaşlı kişinin qızı: Yolda onu əlimizdə gəzdirmişik

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Əfqanıstandan olan 110 yaşlı qaçqın Əbdül Qadir Əzizi öz ölkəsindən Almaniyaya gedib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda "N-24" telekanalı məlumat yayıb.

    Belə ki, 8 nəfərlik ailənin 7 üzvü Almaniyaya sığınmaq üçün 60 min kilometrlik yol qət edib.

    Ə.Q.Əzizinin qızı deyib ki, atası zəif görür və demək olar eşitmir: "Yolda onu əlimizdə gəzdirmişik".

    Məlumatda bildirilib ki, ailə Əfqanıstanın Baqlan bölgəsindən qaçıb. Orada ailənin üç oğlunu öldürüblər. Qaçqın ailə Almaniyanın Passau şəhərində qeydiyyata alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi