Bakı. 6 oktyabr. REPORT.AZ/ Əfqanıstan prezidentinin paytaxt Kabildə yerləşən sarayında aparılan tikinti işləri zamanı iki insan skeleti tapılıb.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
"Tikinti işləri aparılan zaman prezident sarayının mətbəxində iki kəllə və insan sümükləri aşkar edilib", - deyə məlumatda bildirilir.
Ölkə prezidenti Əşrəf Qəni Əhmədzay tapıntının öyrənilməsi üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.