​Əfqanıstan parlamentində qadın deputatlar arasında dava düşüb

​Əfqanıstan parlamentində qadın deputatlar arasında dava düşüb Spiker dava iştirakçılarının zaldan çıxarılmasını tələb edib
Maraqlı
24 Yanvar , 2015 22:47
​Əfqanıstan parlamentində qadın deputatlar arasında dava düşüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Əfqanıstan parlamentində qadın deputatlar arasında dava düşüb.

"Report" "Khaama Press" nəşrinə istinadən xəbər verir ki, dava ölkənin Mərkəzi Bankının sədri vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı baş verib.

Məlumata görə, sözügedən vəzifəyə əsas namizəd olan Xəlil Sedikin ikili vətəndaşlığının olması bir sıra qanunvericilər arasında narazılığa səbəb olub. Nəticədə mübahisə düşüb və bu da sonda iki qadın deputat - Şekiba Haşimi və Leyluma Vali Hakimi arasında dava ilə nəticələnib.

İnsidentdən sonra Aşağı Palatanın spikeri həm dava iştirakçıları, həm də səbəbkarın zaldan çıxarılmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi