Yuxarı

​"Qatil" edamından 18 il sonra bəraət alıb

Bu, ölkə məhkəməsinin misli görünməmiş qərarı sayılır

Bakı. 15 dekabr. REPORT.AZ/ Çin məhkəməsi 18 il öncə çıxarılmış ölüm hökmünü ləğv edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, bu, ölkə məhkəməsinin "misli görünməmiş" qərarı sayılır.

Çinin Daxili Monqolustan Muxtariyyətinin məhkəməsi 18 il əvvəl yeniyetmə oğlanı cinsi təcavüz və qətlində günahkar bilərək, barəsində ölüm hökmü çıxarıb. Hökm icra olunub.

Ardıcıl olaraq belə zorlamanı törədənin etirafı bu cinayət işinə yenidən baxılmasına səbəb olub.

Çin Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu hadisə ölkənin bütün məhkəmə sisteminə təsir göstərməli, prokurorluq və polis saxta ittihamlardan çəkinməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi