Yuxarı

Dünyanın ən zəngin adamından çağırış: “Gəlin onu müdafiə edək”

Dünyanın ən zəngin adamından çağırış: “Gəlin onu müdafiə edək”

465

ABŞ-ın “Amazon” şirkətinin rəhbəri, dünyanın ən zəngin insanı, milyarder Ceff Bezos iqlim dəyişikliklərinə qarşı mübarizə üçün "Yer Fondu"nun açılışını (“Bezos Earth Fund”) elan edib.

“Report” xəbər verir ki, bu barədə milyarder özünün “Instagram”dakı səhifəsində bildirib.

Bezos qeyd edib ki, ilkin kapital şəklində 10 milyard ABŞ dolları sərmayə yatırır və artıq 2020-ci ilin yayında ekoloji aktivistlər üçün qrantlar verməyə başlayacaq. “Amazon” iqlim dəyişikliyinin nəticələrinə qarşı aktiv mübarizə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və alimlərin layihələrini maliyyələşdirəcək.

"Yer kürəsi – bu yeganə şeydir ki, bizim hamımızı onu müdafiə etmək üçün birləşdirir, gəlin onu müdafiə edək!" - milyarder yazıb.

Son məlumatlara görə, Ceff Bezosun sərvəti 130 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi