Yuxarı

Dünyanın ən yaşlı kişisinin 112 yaşı oldu

Uzunömürlü şəxs Yaponiyada yaşayır

Bakı. 5 fevral. REPORT.AZ/ Dünyanın ən yaşlı kişisi yaponiyalı Sakari Momoinin bu gün 112 yaşı tamam olur. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, o, ad gününü daimi müşahidə altında olduğu Tokiyonun xüsusi tibbi müəssisələrin birində öz ailəsi ilə birgə keçirib.

Sakari Momoi 1903-cü ildə Yaponiyanın Xonsyu adasının şimal-şərqindəki Fukusima prefekturasında anadan olub. Bütün ömrü boyu aqrokimya müəllimi, eləcə də bir neçə məktəbin direktoru olub. 

Avqust ayında "Ginnesin Rekordlar Kitabı" komitəsi rəsmi olaraq Momoini dünyanın ən yaşlı kişisi olduğunu qəbul edib. Bununla əlaqədar ona fəxri diplom da verilib. 

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində dünyanın ən yaşlı qadını yaşayır. Misao Okava adlı qadının 116 yaşı var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi