Dünyanın ən yaşlı kişisi 113 yaşında ölüb

Dünyanın ən yaşlı kişisi 113 yaşında ölüb Bakı. 30 yanvar. REPORT.AZ/ Dünyanın ən yaşlı kişisi hesab edilən Fransisko Nunyes Oliveyra vəfat edib.
Maraqlı
30 Yanvar , 2018 16:22
Dünyanın ən yaşlı kişisi 113 yaşında ölüb
Antena 3 / YouTube

Bakı. 30 yanvar. REPORT.AZ/ Dünyanın ən yaşlı kişisi hesab edilən Fransisko Nunyes Oliveyra vəfat edib.

"Report" "The Local" nəşrinə istinadən xəbər verir ki, o, 113 yaşında İspaniyanın Badaxos əyalətindəki Byenvenida kəndində ölüb.

Oliveyra 1904-cü il dekabrın 13-də (digər mənbələrə görə, 1904-cü il sentyabrın 13-də) Byenvenidoda anadan olub.

O, heç vaxt sağlamlığından şikayətlənmədiyini, sümüklərini qırmadığını və əla qan təzyiqinə sahib olduğunu iddia edib. 90 yaşında böyrəyini, 98 yaşında isə kataraktanı əməliyyatla çıxarıblar.

Uzunömürlü kişinin 4 uşağı, 9 nəvəsi və 15 nəticəsi var idi. O, 2017-ci il avqustun 11-də İsraildə İsrael Kriştalın ölümündən sonra dünyanın ən yaşlı kişisi hesab edilib.

Oliveyranın ölümündən sonra bu ada yeni namizədlər 1905-ci il iyulun 25-də anadan olan yaponiyalı Masadzo Nonaka və 1905-ci il oktybarın 15-də anadan olan almaniyalı Qustav Qernet olub.

Son xəbərlər

Orphus sistemi