Dünyanın ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı insanı vəfat edib Misao Okava Osoka şəhərində yerləşən qocalar evində dünyasını dəyişib
Maraqlı
1 Aprel , 2015 12:19
Dünyanın ən yaşlı insanı vəfat edib

Bakı. 1 aprel. REPORT.AZ/ Dünyanın ən yaşlı insanı vəfat edib. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, 117 yaşlı yaponiyalı qadın Misao Okava ölkənin Osoka şəhərində yerləşən qocalar evində dünyasını dəyişib.

Qocalar evinin rəsmisi Tomohiro Okada deyib ki, mərhum ad günündən bir neçə həftə sonra ürək və tənəffüs çatışmazlığından ölüb: "O, çox rahat şəkildə öldü. Ölən zaman onun yanında nəvəsi və qocalar evinin işçiləri olub".

Qeyd edək ki, Misao Okava 1898-ci ilin martın 5-də Yaponiyanın Osaka şəhərində anadan olub. 1919-cü ildə ailə həyatı qurub, 2 qızı və 1 oğlu olub. 2013-cü ildə Ginnes Rekordlar kitabına dünyanın ən yaşlı adamı kimi düşmüşdü.

Son xəbərlər

Orphus sistemi