Dünyanın ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub - VİDEO

Dünyanın ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub - VİDEO Kseniya Berulava bugünlərdə 117 yaşını qeyd edib
Maraqlı
16 Fevral , 2017 06:57
Dünyanın ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub - VİDEO

Bakı. 16 fevral. REPORT.AZ/ Yer kürəsinin ən uzunömürlü qadınlarından birinin Gürcüstanın qərbində, Martvilidə  yaşadığı məlum olub.

"Report" "Novosti Qruziya"ya istinadən xəbər verir ki, Kseniya Berulava 1900-cü ilin 13 fevralında doğulub və o, bugünlərdə 117 yaşını qeyd edib.

Uzunömürlü qadın hazırda öz qızıyla birlikdə yaşayır. Onun həyat yoldaşı Dmitri Berulava 1943-cü ildə Kerç ətafındakı döyüşlərdə həlak olub.

Kseniyanın qızı Aveline Qaldava isə bu yaxınlarda 79 yaşını tamam edib.

Uzunömürlü qadının doğum gününü yaxınları və Gürcüstanın Veteranlar üzrə Dövlət Xidmətinin Regional İdarəsinin nümayəndələri təbrik edib.

Son xəbərlər

Orphus sistemi