Yuxarı

Dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısı açıqlanıb

Dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısı açıqlanıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Almaniyanın "Entwicklung Hilft Bundnis" təşkilatının mütəxəssisləri təbii kataklizmlər riskini nəzərə alaraq, dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısını dərc edib.

"Report"un məlumatına görə, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazır.

Bildirilir ki, tədqiqata Rur universitetinin professoru Katrin Radtke rəhbərlik edib.

Araşdırmada 171 ölkənin məlumatları təhlil edilib. Ən təhlükəli ölkələr Sakit okeanının ada dövlətləri - Vanuatu və Tonqa hesab edilir. Həmin ölkələrdə sakinlər zəlzələ, sunami və qasırğadan məhv ola bilər. Araşdırmaçılara görə, Filippin də bu baxımdan pis durumdadır.

Risk kateqoriyasına Mərkəzi Amerika, Qərbi və Mərkəzi Afrika, eləcə də Cənub-Şərqi Asiya ölkələri salınıb.

Siyahıdakı ən təhlükəsiz ölkələrdən biri Rusiyadır. Siyahıda ondan sonra Qətər, Malta və Səudiyyə Ərəbistanı gərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi