Dünyanın ən hündür heykəlinin əsası qoyulub

Dünyanın ən hündür heykəlinin əsası qoyulub Heykəlin hündürlüyü 192 metr təşkil edəcək
Maraqlı
26 Dekabr , 2016 16:20
Dünyanın ən hündür heykəlinin əsası qoyulub

Bakı. 26 dekabr. REPORT.AZ/ Hindistanın Baş naziri Narendra Modi ölkənin Maharaştra ştatına gedərək təxminən dörd əsr əvvəl yaşamış Hindistanın milli qəhrəmanı Şivacinin nəhəng heykəlinin təməlini qoyub.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, abidəni Mumbai şəhərinin ərazisində, Ərəbistan dənizi sahilindən 4 kilometr uzaqlıqda olan süni adada ucaltmağı planlaşdırırlar.

Heykəlin hündürlüyü 192 metr olacaq. Tikintinin təqribən 530 milyon dollara başa gələcəyi gözlənilir.

Hindistandakı abidə dünyada ən hündür heykəli hesab edilən Myanmadakı 116 metrlik Buddadan 76 metr hündür olacaq. Nyu-Yorkdakı Azadlıq heykəli isə Şivacidən 99 metr alçaq olacaq.

Son xəbərlər

Orphus sistemi