Yuxarı

Dünyanın ən dindar ölkələrinin reytinqi tərtib olunub

WIN/Gallup International dünyanın 65 ölkəsində əhali arasında sorğu aparıb

Bakı. 13 aprel. REPORT.AZ/ Dünyanın ən dindar ölkələrinin reytinqi tərtib olunub. "Report" "The Telegraph"a istinadən xəbər verir ki, WIN/Gallup International dünyanın 65 ölkəsində əhali arasında müvafiq sosioloji sorğu aparıb. Sorğuda təxminən 64 min respondent iştirak edib. 

Sorğuya əsasən, dünyada ən dindar ölkə Tailanddır, burada 94% respondent özünü dindar adlandırıb. 

Siyahıda liderlər arasında həmçinin CAR (91%), Əlcəzair (90%), Keniya (89%), Makedoniya (88%), Pakistan (88%), Əfqanıstan (87%), Polşa (86%), Filippin (86%), Nigeriya (83%), Kosovo (83%), Papua-Novaya Qvineya (83%), Kolumbiya (82%), Peru (82%), İndoneziya (82%), Panama (81%), Livan (80%) yer alıb.

Azərbaycanda respondentlərin yalnız 34%-i özünü dindar hesab edir. 54% insan dindən uzaq olduğunu bildirib, 13%-i isə cavab verməkdə çətinlik çəkib. 

Gürcüstan və Ermənistanda 93% respondent özünü dindar adlandırıb, Türkiyədə - 79%, Rusiyada - 70%, ABŞ-da - 56% dindar olduğunu bildirib. 

Ən az dindar ölkələr beşliyinə Çin (7% respondent özünü dindar hesab edir), Yaponiya (13%), İsveç (19%), Çexiya (23%) və Niderland (26%) daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi