Yuxarı

Dünyanın ən bahalı brilyantlarından biri satıldı

Qiymətli daşın yeni sahibi zalda olsa da, onun adı açıqlanmayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Çərşənbə günü axşam Cenevrədə "Sotheby's" hərracında çəkisi 12,03 karat olan "Blue Moon" (Mavi Ay) brilyantı 48.63 milyon ABŞ dollarına satılıb. O, bu günə kimi hərraca çıxarılan ən nadir qiymətli daşlardan birisi hesab olunur. "Report"-un məlumatına görə, bu barədə "İnterfaks" agentliyi xəbər yayıb.

Qiymətli daşın yeni sahibi zalda olsa da, onun adı açıqlanmayıb.

2014-cü ilin yanvar ayında Cənubi Afrikada tapılan almazın cilalanmasından sonra əldə olunan "Blue Moon" daxilən qüsursuz brilyant hesab olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi