Yuxarı

Avstraliyada 30 yaşlı ağ balina videokameralara tuş gəlib - VİDEO

Avstraliyada 30 yaşlı ağ balina videokameralara tuş gəlib - VİDEO
Nadir heyvanın Antarktida sahillərinə üzdüyü məlum olub

Bakı. 1 oktyabr. REPORT.AZ/ İlk dəfə Avstraliya sahillərində qeydə alınmış, nadir, "Miqalu" ləqəbli ağ balina növbəti dəfə videokameralara tuş gəlib.

"Report" "Nat-geo"yə istinadən xəbər verir ki, ilk dəfə 1991-ci ildə qeydə alınmış nadir məməli heyvanın yaşadığı və sağlam olduğu məlum olub.

Onun yeni görüntüsü Avstraliya sahillərində lentə alınıb. Sidneydən olan jurnalist Conas Libşner bir neçə günlük gözləntidən sonra "Miqalo"nun videogörüntüsünü çəkə bilib.

Nadir heyvanın Antarktida sahillərinə üzdüyü məlum olub. Qeyd edək ki, indi Avstraliyada bahardır. Havaların istiləşməsi səbəbindən qozbel balinalar soyuq sulara tərəf üzürlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi