Bakı. 18 iyun. REPORT.AZ/ 2014-cü ildə dünyada milyonçuların sayı bir milyon nəfər artıb.
"Report" xəbər verir ki, bu haqda "RBC Wealth Management" və "Capgemini" şirkətlərinin "Dünya varlıları 2015" hesabatında bildirilib.
Məlumata görə, 2014-cü ildə sərvəti bir milyon dolları aşanların sayı 920 min nəfər artıb.
Beləliklə, dünyadakı milyonçuların sayı 14,6 milyon nəfərə - rekord həddə çatıb.
Yeni milyonçuların 346 min nəfəri ABŞ vətəndaşıdır. Milyonçularının sayı 4 milyon 351 nəfər olan ABŞ dünya üzrə varlılar siyahısına başçılıq edir. Ondan sonrakı yerlərdə 2 milyon 452 min milyonçu ilə Yaponiya, bir milyon 141 minlə Almaniya gəlir. Milyonçularının sayı ötən il 17% artan Çin isə bu sıralamada 4-cü yerdədir.
Dünyadakı milyonçuların 60 faizi bu dörd dövlətin payına düşür.
Ötən il Braziliya, Meksika, Rusiya və Hollandiyada isə milyonçuların sayı azalıb. Türkiyə bu siyahıda ilk 25 dövlətin sırasına düşə bilməyib.
2013-cü illə müqayisədə 2014-cü ildə Hindistanda milyonçuların sayı 26% artıb.