Yuxarı

Dünyada ən uzun şüşə körpüsü ziyarətçilərin axını səbəbindən bağlanılıb

Körpüdən keçmək istəyən insanların sayı onun tutumundan on dəfə çox olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Çinin Xunan əyalətinin hökumət orqanları dünyada ən uzun və ən hündür şüşə körpüsünü müvəqqəti olaraq ziyarətçilər üçün bağlayıb. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Tikintisinə 3,4 mln. dollar xərclənən 430 metr uzunluğu olan körpü iki həftə əvvəl Çjantzyatze Milli parkında açılıb və turistlərin böyük marağına səbəb olub. 

Rəsmilər körpünün bağlanmasını obyektin texniki xidməti üzrə təxirəsalınmaz işlərin aparılması ilə izah edirlər. 

Park administrasiyasının nümayəndəsi bildirib ki, şüşə körpüdə heç bir zədələnmə yoxdur, lakin körpüdən keçmək istəyən insanların sayı onun tutumundan on dəfə çox olub.

Körpü gündə 8 min ziyarətçi üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi