Dünyada ən uzun oruc İslandiyada tutulacaq

Dünyada ən uzun oruc İslandiyada tutulacaq Azərbaycanda oruc vaxtı 17 saat davam edəcək
Maraqlı
17 İyun , 2015 18:20
Dünyada ən uzun oruc İslandiyada tutulacaq

Bakı. 17 iyun. REPORT.AZ/ Dünyada ən uzun oruc İslandiyada tutulacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Reykyavik şəhərində yaşayan müsəlmanlar üçün orucluq müddəti 22 saat 34 dəqiqə olacaq.

Ən qısa oruc isə (8 saat 57 dəqiqə) Argentinanın Uşuaya şəhərində olacaq.

Türkiyədə ən uzun oruc Ramazan ayının ilk günündə 17 saat 37 dəqiqə ilə Sinopda, ən qısa oruc isə 16 saat 38 dəqiqə ilə Hatayda tutulacaq.

Ramazanın ilk gününün orucu mühacirlərin ən sıx olduğu Berlində 18 saat 22 dəqiqə, Brüsseldə 18 saat 9 dəqiqə, Amsterdamda 18 saat 24 dəqiqə, Parisdə 17 saat 49 dəqiqə olacaq.

Qeyd edək ki, Azərbaycanda orucluq vaxtı təxminən 17 saat davam edəcək.  

Son xəbərlər

Orphus sistemi