Dünyada ən çox göydələnə sahib olan şəhər məlum oldu

Dünyada ən çox göydələnə sahib olan şəhər məlum oldu Göydələnlər şəhəri hesab olunan Nyu-York ancaq ikinci yerdə qərarlaşıb
Maraqlı
9 İyun , 2015 04:45
Dünyada ən çox göydələnə sahib olan şəhər məlum oldu

Bakı. 9 İyun. REPORT.AZ/ Honq-Konq dünyada ən çox göydələnin olduğu şəhərdir. Bu şəhərdə ümumilikdə 7794 göydələn var.

"Report" xəbər verir ki, göydələnlər şəhəri hesab olunan Nyu-York bu siyahıda ikinci yerdə qərarlaşıb. Nyu-York 6091 göydələnə sahibdir. Siyahıda ilk üçlüyü 5789 göydələnlə Braziliyanın San-Paulo şəhəri tamamlayır. Ən hündür binaların sayına görə digər yerlərdə Sinqapur (4562), Seul (3023), Tokio (2771), Toronto (2029), Mumbai (1596), Çikaqo (1160), Şanxay (1121), Banqkok (923), Dubay (686) və s. şəhərlər qərarlaşıb.

İstanbul ümumilikdə 2312 göydələnə sahib olsa da, həmin binalar digər şəhərdəkilərlə müqayisədə daha az mərtəbəli olduğu üçün siyahıda aşağı yerlərdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi