Dünyada əhalinin sayı durmadan artır

Dünyada əhalinin sayı durmadan artır 2015-ci ilin ilk günü dünya əhalisinin sayının 7,2 milyardı keçib
Maraqlı
2 Yanvar , 2015 18:02
Dünyada əhalinin sayı durmadan artır
Bakı. 2 yanvar. REPORT.AZ/ 2015-ci ilin ilk günü dünya əhalisinin sayı 7,2 milyardı keçib. Bu, keçən ilin eyni vaxtı ilə müqayisədə 1 faiz artım deməkdir.

"Report" xəbər verir ki, Birləşmiş Ştatların Əhalinin siyahıya alınması bürosunun proqnozlarına əsasən, yeni ilin ilk günündə dünyada hər saniyədə 4,3 doğum və 1,8 ölüm halı baş verib.

Çin dünyada əhalisi ən böyük ölkəsi olaraq qalmağa davam edir. Bu ölkədə sakinlərin sayı 1 milyard 300 milyondan artıqdır.

Dünyada əhali sayına görə ikinci yerdə isə Hindistan bərqarar olub. Orada əhalinin sayı 1 milyard 200 milyon nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi