Dünyada 244 milyon insan doğulduğu ölkədən kənarda yaşayır

Dünyada 244 milyon insan doğulduğu ölkədən kənarda yaşayır Bütün dünya üzrə beynəlxalq mühacirlərin 16 milyonu hindistanlı, 12 milyonu meksikalılardır
Maraqlı
13 Yanvar , 2016 23:26
Dünyada 244 milyon insan doğulduğu ölkədən kənarda yaşayır

Bakı. 13 yanvar. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı bütün dünyadakı beynəlxalq mühacir sayının 2000-ci ilə nisbətən 41 faiz artdığını bildirib.

BMT-nin məruzəsində doğulduğu ölkədən kənarda yaşayan insanların beynəlxalq mühacir olaraq qəbul edildiyi vurğulanaraq, 20 milyon qaçqın ilə birgə onların sayının ümumilikdə 244 milyon nəfərə çatdığı deyilir.

Məruzədə beynəlxalq mühacirlərin məskunlaşdığı bölgə və ölkələrə aid məlumatlar da yer alıb. Bildirilir ki, onlar əsasən əhalisinin 10 faizdən çoxunu mühacirlərin təşkil etdiyi Şimali Amerika, Avropa və Okeaniyada məskunlaşıb. Afrika, Asiya, Latın Amerikası və Karib dənizi hövzəsində isə mühacirlər əhalinin ümumi sayının 2 faizdən az hissəsini təşkil edir.

Bütün dünya üzrə beynəlxalq mühacirlərin 16 milyonu hindistanlı, 12 milyonu meksikalılardır. Mühacir kontingentinin sayına görə öndə olan digər ölkələr sırasına, həmçinin Rusiya, Çin, Banqladeş, Pakistan və Ukrayna daxildir.

Son xəbərlər

Orphus sistemi