"Dünya gözəli-2018" müsabiqəsinin qalibi Filippin təmsilçisi seçilib

"Dünya gözəli-2018" müsabiqəsinin qalibi Filippin təmsilçisi seçilib Bakı. 17 dekabr. REPORT.AZ/ Filippin təmsilçisi Katriona Qrey beynəlxalq Dünya gözəli-2018 müsabiqəsinin qalibi seçilib.
Maraqlı
17 Dekabr , 2018 07:21
Dünya gözəli-2018 müsabiqəsinin qalibi Filippin təmsilçisi seçilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Filippin təmsilçisi Katriona Qrey beynəlxalq "Dünya gözəli-2018" müsabiqəsinin qalibi seçilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, Qrey qalib tacını ötən ilin qalibi Demi-Li Nel-Pitersdən alıb. Müsabiqədə ikinci yeri Venesueladan olan Stefani Qutteres tutub.

Müsabiqə Banqkokda keçirilib.

Xatırladaq ki, ötən il Las-Veqasda keçirilən "Dünya gözəli-2017" yarışmasının qalibi Cənubi Afrika Respublikasını (CAR) təmsil edən model Demi-Li Nel-Piters olub.

Son xəbərlər

Orphus sistemi