Yuxarı

Dubayda turistlər üçün məhkəmə yaradılacaq

Yeni yaradılan məhkəmə ilk işlərinə 2015-ci ilin sonlarında baxmağa başlayacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Dubayda yalnız turistlər tərəfindən törədilən kiçik qanun pozunturlarını araşdıracaq məhkəmə yaradılacaq. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Dubay məhkəməsindəki mənbəyə istinad "Arabian Business"in verdiyi məlumata görə, məhkəmə ilk işlərinə 2015-ci ilin sonlarında baxmağa başlayacaq. 

Bu qanun pozuntularına spirtli içkilərin qəbulu, içkili vəziyyətdə avtomobilin idarə edilməsi və digər hallar aiddir. 

Mənbənin fikrincə, bu strukturun yaradılması kiçik qanun pozuntularının araşdırılması prosesini sürətləndirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi