Yuxarı
    Bağlamaq

    Dubayda ən böyük lazer şousu üzrə rekord müəyyən edilib - VİDEO

    ​O, Ginnesin Rekordlar Kitabına daxil ediləcək

    Bakı. 1 yanvar. REPORT.AZ/ Yeni il gecəsi Dubayda ən böyük lazer şousu üzrə rekord müəyyən edilib.

    “Report” xəbər verir ki, "Light Up 2018" adlı lazer şousu ilk dəfə olaraq ənənəvi atəşfəşanlığı əvəz edib. O, dünyanın ən yüksək tikilisində – Bürc xəlifə qülləsində baş tutub.

    "Light Up 2018" "bir binada ekranlaşdırılan ən böyük lazer və səs şousu" kimi "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcək.

    Bundan əvvəlki rekord 2013-cü ildə Honkonqda qeydə alınıb. Həmin vaxt lazer şousu 46 min kv.m-dən çox sahəni əhatə etmişdi. Dubay şousunu sahəsi isə iki dəfə çox — 109 kv.m təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi