Yuxarı

Dubayda dünyanın ən hündür hoteli açılır

Dubayda dünyanın ən hündür hoteli açılır
© AFP

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Dubayda dünyanın ən hündür hoteli açılır. Belə ki, 75 mərtəbəli binanın hündürlüyü 356 metrdir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, "Gevora" adlı yeni hotel şeyx Zayed küçəsində, Beynəlxalq Maliyyə Mərkəzinin yanında yerləşir. Kompleksi biznesmen Məcid əl-Attar tikdirib.

Hoteldə 500-dən çox nömrə, eləcə də 5 restoran var. Mehmanxananın damında bütün şəhərə görünüşün açıldığı restoran yerləşir.

Qeyd edək ki, hündür hotellər üzrə əvvəlki rekord da Dubaya məxsusdur. 72 mərtəbəli iki qüllədən ibarət olan "Marriott Marquis" mehmanxanasının hündürlüyü 355 metr təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi