Yuxarı
    Bağlamaq

    Dubayda dünyanın ən böyük fotoçərçivəsi quraşdırılıb

    Bu görməli yerin açılışı noyabrda baş tutacaq

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Dubayda yeni görməli yer açılacaq: şəhərdə dünyanın ən böyük fotoçərçivəsi olacaq.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsindən məlumat verilib.

    Layihə 43 milyon dollara başa gəlib. Çərçivənin hündürlüyü 150 metr, eni isə 93 metrdir. Çərçivənin bir tərəfindən müasir Dubaya, digər tərəfindən isə şəhərin qədim hissəsinə görünüş açılır.

    Fotoçərçivəni dörd il əvvəl quraşdırmağa başlayıblar. Rəsmi açılış hələ iki il əvvəl keçirilməli idi, lakin tikinti materiallarının çatışmazlığı səbəbindən açılış təxirə salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi