Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər

Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər KİV: 20 mindən çox torpaq sahəsi və 120 min daşınmaz əmlak obyekti artıq müvafiq ekspert qiymətləndirməsindən keçib
Maraqlı
23 May , 2016 12:25
Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər

Bakı. 23 may. REPORT.AZ/ Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər. "Report" xəbər verir ki, bu barədə "National" qəzeti yazıb.

Nəşrin məlumatəna görə, BƏƏ-də göydələnlər və çoxmərtəbəli yaşayış binaları bundan sonra 1-5 arası ulduzla fərqləndiriləcək. Bu isə sakinlərin təhlükəsizliyini və onlara göstərilən xidmətin səviyyəsini artırmağa yardım etməlidir.

Qəzetin yazdığına görə, bələdiyyə 20 mindən çox torpaq sahəsinin və 120 min daşınmaz əmlak obyektinin artıq müvafiq ekspert qiymətləndirməsindən keçdiyini bildirib. Mütəxəssislər bütün bu yerlərə baş çəkib, şəkillər çəkib və yanğın təhlükəsizliyinin, xidmət səviyyəsinin qiymətləndirməsini həyata keçirib. Məlumatda qeyd olunub ki, çox yaxın gələcəkdə Dubayda daşınmaz əmlak bazarında yekun qiymətlər ictimaiyyət üçün əlyetərli olacaq.

Son xəbərlər

Orphus sistemi