Yuxarı

Dubayda 3D çap üsulu ilə villalar yaradılacaq

Dubayda 3D çap üsulu ilə villalar yaradılacaq
2030-cu ilədək şəhərdə yeni binaların 25%-i bu müasir texnologiyadan istifadə edilməklə çap ediləcək
© arabianbusiness.com

Bakı. 20 fevral. REPORT.AZ/ 3D çap texnologiyasının köməyi ilə yaradılan ilk villalar yaxın iki ay ərzində Dubayda ərsəyə gələcək.

"Report" "Arabian Business" nəşrinə istinadən xəbər verir ki, şəhər bələdiyyəsindən belə villanın yaradılması üçün bütün zəruri avadanlıq və alətlərin artıq Dubayda olduğu bildirilib.

2030-cu ilədək şəhərdə yeni binaların 25%-i bu müasir texnologiyadan istifadə edilməklə "çap ediləcək". Bu isə tikinti xərclərini aşağı salacaq və onun başa çatma müddətini azaldacaq.

Xatırladaq ki, ötən ilin fevral ayında Dubayda yerləşən startaplardan biri dünyanın 3D çapdan istifadə edilərək qurulan ilk göydələnini inşa edəcəyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi