Yuxarı

Dietlə atılan artıq çəki bir ildən sonra geri qayıdır

Plastik cərrahiyyə köklükdən azad olmağın çıxış yolu deyil

Bakı. 16 sentyabr. REPORT.AZ/ Amerikada nəşr olunan sağlamlıq jurnalının apardığı araşdırmanın nəticələrinə görə, artıq çəkidən əziyyət çəkən insanların 53 faizi itirdikləri çəkini bir ildə yenidən qazana bilirlər. "Report" xarici mətbuata istinadən xəbər verir ki, 78 faiz insan isə itirdikləri çəkiyə 5 ildən sonra yenidən qovuşurlar.

Jurnalda yer alan məlumata əsasən, artıq çəkidən əziyyət çəkənlər yalnız müəyyən müddət ərzində qidalarına diqqət edirlər: "Müəyyən müddətdən sonra hər şey yenidən təkrarlanır. İnsanların arıqlama proqramları və dietik formullardan istifadə etmək bacarığı aşağı səviyyədədir. Plastik cərrahiyyə köklükdən azad olmağın çıxış yolu deyil. Çünki zərərli olan təkcə bədənin xaricindəki piy qatları deyil. Əsas olan daxili orqanları zəbt edən piylərdir və bu da insan həyatı üçün olduqca təhlükəlidir".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi