Dietlə atılan artıq çəki bir ildən sonra geri qayıdır

Dietlə atılan artıq çəki bir ildən sonra geri qayıdır Plastik cərrahiyyə köklükdən azad olmağın çıxış yolu deyil
Maraqlı
17 Sentyabr , 2015 05:36
Dietlə atılan artıq çəki bir ildən sonra geri qayıdır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Amerikada nəşr olunan sağlamlıq jurnalının apardığı araşdırmanın nəticələrinə görə, artıq çəkidən əziyyət çəkən insanların 53 faizi itirdikləri çəkini bir ildə yenidən qazana bilirlər. "Report" xarici mətbuata istinadən xəbər verir ki, 78 faiz insan isə itirdikləri çəkiyə 5 ildən sonra yenidən qovuşurlar.

Jurnalda yer alan məlumata əsasən, artıq çəkidən əziyyət çəkənlər yalnız müəyyən müddət ərzində qidalarına diqqət edirlər: "Müəyyən müddətdən sonra hər şey yenidən təkrarlanır. İnsanların arıqlama proqramları və dietik formullardan istifadə etmək bacarığı aşağı səviyyədədir. Plastik cərrahiyyə köklükdən azad olmağın çıxış yolu deyil. Çünki zərərli olan təkcə bədənin xaricindəki piy qatları deyil. Əsas olan daxili orqanları zəbt edən piylərdir və bu da insan həyatı üçün olduqca təhlükəlidir".  

Son xəbərlər

Orphus sistemi