Yuxarı

Danimarkada 2030-cu ildə daxili yanma mühərrikləri qadağan ediləcək

​Danimarkada 2030-cu ildə daxili yanma mühərrikləri qadağan ediləcək

Danimarkada 2030-cu ildə daxili yanma mühərrikli avtomobillər qadağan ediləcək.

Bu barədə "Report" "eadaily.com"  portalına istinadən xəbər verir.

"A planı ümumavropa qadağasına nail olmaqdan ibarətdir", - deyə ölkənin ətraf mühitin qorunması üzrə naziri DenYorqensen bildirib.

Beləliklə, ölkə hökuməti 2050-ci ildə Avropanın dünyada ilk neytral iqlim qitəsi olması barədə ümumavropa strategiyasını dəstəkləyir.

Qeyd edilir ki, 2017-ci ildə Danimarkada elektrik avtomobillərin satışı azalıb. Çünki hökumət onların sahibləri üçün güzəştləri ləğv edib.

Ekspertlər qeyd edirlər ki, elektrik avtomobillər atmosferi karbon tullantılarından xilas etməyəcək. Ona görə ki, indi elektrikin çox hissəsi istilik-elektrik stansiyalarında istehsal edilir. Bu stansiyalar isə kömür və ya qaz yandırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi