​Dalay-Lama: "Üçüncü dünya müharibəsi olmayacaq"

​Dalay-Lama: "Üçüncü dünya müharibəsi olmayacaq" "Dünyada düyməni basmaq üçün elə ağılsız tapılmaz"
Maraqlı
26 Dekabr , 2014 14:02
​Dalay-Lama: Üçüncü dünya müharibəsi olmayacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Tibet buddistlərinin lideri Tenzin Qyatso XIV Dalay-Lama Üçüncü dünya müharibəsinin olacağına inanmadığını söyləyib.

"Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, o, "RİA Novosti"yə müsahibəsində geopolitik şəraitin yaxşılaşması üçün dünyanın "özümüzünkülərə" və "yadlara" bölünməsindən imtina etməyin vacibliyini söyləyib.

"Fikrimcə, Üçüncü dünya müharibəsi təhlükəsinin mövcudluğu gerçək deyil. Çətin kimsə nüvə silahından istifadə edə. Dünyada düyməni basmaq üçün elə ağılsız tapılmaz", - Dalay-Lama söyləyib.

Bununla belə o, hazırda dünyada vəziyyətin "həqiqətən sadə" olmadığını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi