Yuxarı

​Con Kerri evinin qarşısını qardan təmizləmədiyi üçün cərimə olunub

Dövlət katibinin adına 50 dollar cərimə gəlib

Bakı. 30 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət katibi Con Kerri Bostondakı (Massaçusets ştatı) evinin qarşısını qardan təmizləmədiyi üçün 50 dollar məbləğində cərimə olunub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bostona güclü qar yağıb və qarın hündürlüyü yarımmetrdən artıq təşkil edib.

Bununla əlaqədar olaraq, şəhər meri Martin Uolş yerli sakinlərin üzərinə evləri qarşısındakı səkiləri qardan təmizləmək öhdəliyi qoyub.

Güclü qar zamanı Kerri ABŞ prezidenti Barak Obama ilə birgə Səudiyyə Ərəbistanında olub. Dövlət katibi geri qayıdanadək isə onun adına artıq cərimə yazılmış olub.

Kerrinin mətbuat katibi Qlen Conson cərimənin tezliklə ödənəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi