Çinə məxsus zond Ayın əks tərəfindən ilk şəkil göndərib - FOTO - YENİLƏNİB

Çinə məxsus zond Ayın əks tərəfindən ilk şəkil göndərib - FOTO - YENİLƏNİB Bakı. 3 yanvar. REPORT.AZ/ Çinin GGTN telekanalı Çane-4 zondu vasitəsilə Ayın əks tərəfindən çəkilmiş ilk şəkli nümayiş etdirib.
Maraqlı
3 Yanvar , 2019 11:24
Çinə məxsus zond Ayın əks tərəfindən ilk şəkil göndərib - FOTO - YENİLƏNİB

Bakı. 3 yanvar. REPORT.AZ/ Çinin GGTN telekanalı "Çane-4" zondu vasitəsilə Ayın əks tərəfindən çəkilmiş ilk şəkli nümayiş etdirib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

"Ayın əks tərəfini araşdıracaq kosmik aparatın 26 günlük uçuşdan sonra təyinat nöqtəsinə enişi ilə bəşəriyyət Ayın araşdırılması tarixində yeni səhifə açdı", - "China Daily" qəzeti yazıb.

Qeyd olunur ki, zond Ayın əks tərəfinin cənub yarımkürəsində olan böyük və qədim Karman kraterinə eniş edib. 


***09:52

Çinin "Çane" kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə Ayın əks tərəfinə enib.

"Report" xəbər verir ki, bu barədə Çinin "Sinhua" agentliyinin "Twitter" səhifəsində məlumat verilib.

Çin televiziyasının məlumatına görə, aparat Çin vaxtı ilə 10:26-da (Bakı vaxtı ilə 06:26) Aya eniş edib.

Çin rəsmiləri bu hadisənin kosmosun mənimsənilməsində mühüm mərhələ olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi