Çində qayıq formasında 24 metrlik qədim sərdabə aşkarlanıb

Çində qayıq formasında 24 metrlik qədim sərdabə aşkarlanıb Bakı. 5 fevral. REPORT.AZ/ Çinin cənub-şərqindəki Sıçuan vilayətində tikinti işləri zamanı qayığı xatırladan 24 metr uzunluğunda qədim sərdabə aşkarlanıb.
Maraqlı
5 Fevral , 2018 00:57
Çində qayıq formasında 24 metrlik qədim sərdabə aşkarlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Çinin cənub-şərqindəki Sıçuan vilayətində tikinti işləri zamanı qayığı xatırladan 24 metr uzunluğunda qədim sərdabə aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bu, ölkə ərazisində aşkarlanan bütün analoji tapıntılardan ölçülərinə görə ən böyüyüdür. Mütəxəssislər vurğulayırlar ki, sərdabə Qərbi Xan sülaləsi dövrünə (eramızdan əvvəl 202-ci il - bizim eranın 8-ci ili) aiddir.

Alimlərin fikrincə, sərdabə 2 mindən çox il əvvəl yaşamış qədim xalqların dəfn mədəniyyətinə aid ola bilər. Çünki məhz onlar ölülərin "tabut-qayıqlar"da dəfni adətinə riayət edirdilər.

Son xəbərlər

Orphus sistemi